misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

ONBİRİNCİLƏR --- Xanəli TOLIŞ

Müəllif: Saxavat | 3 İyun 2013 | Oxunub: 1992| Yadda saxlamaq:
Nə gözəl yaranıb onbirincilər,
Geyinib, daranıb onbirincilər.
İlk bahar qonubdur yanaqlarına,
Xoş gəldin deyirlər qonaqlarına.
İlahi, bu anlar şirin yuxumu?
Məhəbbət toxumu, sevgi toxumu
Nə zaman düşübdür ürəklərinə.
Bitibdir yanaqda al lalə kimi.
Təzəcə yayılıb kürəklərinə
Qızların telləri şəlalə kimi.
Son zəngi çalacaq onbirincilər
Bundan kam alacaq onbirincilər.
Dünyanın sehirli olaylarında
Atını çapacaq, çapacaq onlar.
Həyatın dolanbac dolaylarında
Yerini tapacaq, tapacaq onlar.
Dönərək məhəbbət işıqforuna
Sönərlər, yanarlar onbirincilər,
Bu anlar çevrilər eşqin qoruna,
Məktəbi anarlar onbirincilər.
Bizləri anarlar onbirincilər.

Müəllif: Xanəli TOLIŞ.
“ĞÖY QURŞAĞI”
ədəbı məclisinin üzvü.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 2)
Əsəri oxuyanlar (475)
  Oxşar misralar:
  • USTADDI XANƏLİ TOLIŞ
  • GÖZ DƏYƏR SƏNƏ --- Xanəli TOLIŞ
  • O YAR MƏNİ --- Xanəli TOLIŞ
  • MƏHƏBBƏT OLAN YERDƏ --- Xanəli TOLIŞ
  • "Göy qurşağı" təqdim edir: Xanəli Tolış " Qızlar bir incidir"


  •   Resenziyalar (6)  
    Yazdı: Neriman Nerimanli: 3 İyun 2013 10:41
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Bütün onbirincilərin yolları açıq olsun! Əla şerdir, amma, öz aramızdır, təkcə onbirinci qızlara xitabən yazılıb))) Səxavət müəllim sağ olun, paylaşdığınız üçün, Xanəli müəllim, var olun!!!
    Yazdı: Vusal Huseyn: 3 İyun 2013 11:58
     
    Yaşayır: Azərbaycan Baki şəh.
    Əsərlərin sayı: 273
    Resenziyalar: 2065
    Status: Şair
     
    Assalamun aleykum Səxavət qardaş.Onbirincilərə yazılan bu şeir uğurlu alınıb.Hər ikinizə təşəkkürlər.

    --------------------
    Hər acının,hər ağrının,
    hər bir zülmün bir ahı var.
    Hər bir qaranlıq gecənin,
    tələsən bir sabahı var.

    Vüsal Hüseyn
    Yazdı: bayrami: 3 İyun 2013 22:41
     
    Yaşayır: --
    Əsərlərin sayı: 665
    Resenziyalar: 2262
    Status: Şair
     
    Onbirincilərin yaşadığı bu olay bizə çox tanışdır. Xanboli bu hissləri yaxşı verə bilib. Yaşasın!
    Yazdı: Saxavat: 4 İyun 2013 06:55
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Hamınıza təşəkkür və minnətdarlığımı bildirirəm, DOSTLAR!
    Yazdı: NICAT CEFER: 5 İyun 2013 13:26
     
    Yaşayır: BAKI ŞƏHƏRİ
    Əsərlərin sayı: 203
    Resenziyalar: 690
    Status: Şair
     
    mən çox təssüf eliyirəm ki bu şeiri gec görmüşəm bu cur əla şeiri gözdən qaçırtmaq olmaz axı əhsən Səxavət qardaşım əlləinə sağlığ
    Yazdı: sahin.yusifov: 4 Sentyabr 2014 19:51
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Nə gözəl yaranıb onbirincilər,
    Geyinib, daranıb onbirincilər.
    İlk bahar qonubdur yanaqlarına,
    Xoş gəldin deyirlər qonaqlarına.
    İlahi, bu anlar şirin yuxumu?
    çox gözəldi uğurlar
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    SƏN

    Müəllif: Neriman Nerimanli

    SƏN

    Bəxtimə nə düşüb, gözəldən düşüb,
    O qədər gözlədim, göz əldən düşüb,
    Caçıma bəmbəyaz gözəl dən düşüb
    Belə bəyazlığı görməmisən sən.

    Oxumaq
    Zamanın dayanmağı

    Müəllif: Rufat Tagiyev

    Zamanın dayanmağı

    Zamanın dayanmağı
    sənin baxışındadı,
    mənim gülüşümdədi,
    onun duruşundadı...

    Oxumaq
    Tələdi dünya

    Müəllif: Polat Alemdar

    Tələdi dünya

    Baş qaldır məzardan,al salamımı,
    İnanma desələr, əladır dünya.
    Məni sənsizliyin atəş oduna
    Ocaqsız alovsuz qaladı dünya.

    Oxumaq
    Gecələr

    Müəllif: sefer

    Gecələr

    Mənim nömrəmi yığ, zəng elə xəlvət gecələr
    Eyliyək sübhə qədər xəlvəti sönbət gecələr

    Oxumaq
    OBAŞDAN GƏLİR

    Müəllif: Neriman Nerimanli

    OBAŞDAN GƏLİR

    Qeyrətdən dəm vurdu biri məhlədə,
    Gördüm can yolaşı o başdan gəlir.
    Dedim, qardaş, harda işləyir bu qız,
    Dedi axşam gedir, obaşdan gəlir.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics