misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX --- Xanəli TOLIŞA

Müəllif: Saxavat | 2 İyun 2013 | Oxunub: 2109| Yadda saxlamaq:
Nə toyda yemək yedin, nə kafedə, nə yasda,
Keyvənin yada düşdü, Vallah, hər basa-basda.

Keçmədi boğazından Onsuz bir tikən sənin,
O oldu həyatında Mədinən, Məkkən sənin...

Guya, fərəh elədin - keyvənin səniz yeməz...
Sənsiz hər bir süfrədə ölər,- yeyirəm deməz...

Fəxr etdin öz-özünə, inandın hər sözünə,
Yaxşı baxdı üzünə, təpildi lap gözünə...

Nə siyğən oldu sənin, nə qeyri mədxulələr,
Peyğəmbərdən kənarda ruhun qalacaq mələr...

Sən özün ustad ikən, arvad oldu ustadın...
Arvad sənə yaxınkən nöş şişdi prostatın?..

Gözəlliyə kəm baxan itirər lap kəmını,
Sən tapmadın həyatda yaşamağın çəmini.

İndi neynəyək qağa, canım sənə sadağa,
Öz bildiyin yaxşidır, sən məni qoyma lağa,

Gözəlliyi sevənlər şükr eləyər Xudaya,
Gözəllərə baxanın zikri də gəlməz saya.

Deyər sənə min şükür, ey gözəllər gözəli,
Mənimçün yaratmısan gözəlləri məzəli...

Sənin gözəlliyinin tayı, bərabəri yox,
Qurban olum, bizimçün gözəlləri yarat çox.

Şükr edib, zikr eləyək sənə ey Yaradanım,
Xanəlinin sözüylə qaralan deyil qanım.

Müəllif: Səxavət QAFARLI.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 0)
Əsəri oxuyanlar (432)
  Oxşar misralar:
  • "QURBAN OLUM, BİZİMÇÜN GÖZƏLLƏRİ YARAT ÇOX" Səxavət müəllimi ...
  • Sənin
  • Şükür olsun
  • GÖZƏLLƏRİ SEVDİM ELƏ...
  • Canım mənim

  • loading...

      Resenziyalar (15)  
    Yazdı: Eldar Ezimli: 2 İyun 2013 23:17
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    SƏXAVƏT bəy, çox üzr ustəyirəm, bu şerdə əsas mətləb mənə aydın olmadı. Mənasını anlamadığım sözlər: ( keyvə, səniz ) ....açıqlama versəydiniz məmnun olardım.
    Yazdı: Saxavat: 2 İyun 2013 23:35
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Bu şeirim Xanəli müəllimin mənə yazdıği şeirə cavab şeiridir. Həmin şeirsə GÖZLƏMƏ SALONU-nda növbə gözləyir. Göndərdiyim şeirin biri gedib digəri yox...

    Keyvəni sözü məgər sizdə işlənmir? KEYVƏNİN - ARVADIN - sözünün ədəbli deyim formasıdır.
    Dediyin SƏNSİZ sözündəki texniki səhvi də düzəltdim.
    Xanəlinin şeirini də yenidən göndərəcəyəm. Əgər qəbul edilsə... ALINMADI.
    .
    Yazdı: mirsaleh efqan: 4 İyun 2013 02:07
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Hə, sən də yaxşı zarafatlaşmısan.Görək indi Xanəli qağa nə yazacaq?

    --------------------
    Miri
    Yazdı: Neriman Nerimanli: 4 İyun 2013 13:54
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Demək Xanəli evdə hesab verir arvada,
    Evdən uzaq düşəndə qız-gəlin düşmür yada.

    Gözəllər bal pətəyi, kişi əzəldən çibin,
    Gərək hərdən dəyişsin, qağa, dişinin dibin.

    Qəsəm eylə, söylə lap arvad, sadiqəm sənə,
    İki dünya bir olsa, inanmayacaq yenə.

    Bir halda ki, inanmaz, fotə vermə fürsəti,
    Yavaş-yavaş xod elə, qur gözəl ünsiyyəti.

    Başqaları keçməyib heç də abır-arından,
    Sadəcə, nuş eyləyir gözəllərin barından.

    Məəttələm, Xanəli bəs kimi vəsv eyləyir,
    Arvada şer yazıb bu qədər səhv eyləyir?

    ...Bir gün bizimki dedi, mənə şer yaz kişi,
    Ağıllı ol söylədim, tərgit belə vərdişi.

    Sənə şer yazmışam, evə gələnə qədər,
    İndi yazım ardını, ömrümüz olsun hədər?

    Daha şer düşməyir bizə gələndən sora,
    Qismət olsa yazacam bir də öləndən sora.

    ...Bir çiçəkdən tutulan balın tamı tam deyil,
    Bir arvadın verdiyi o təb də ilham deyil.

    Qon çiçəkdən-çiçəyə, bürün şehli ləçəyə,
    Ətrini duy, vəsv elə, şer yaz gözəlçəyə.

    Səxavəti tutmusan atəşinə sözlərin,
    Bəlkə də baxır indi gözəllərə gözlərin.

    Dəymə yatıbsa qağam gözəllər ağuşunda,
    İlhamı axtarma sən tək bahar yağışında.

    Gözəllərə göz olsan, itməz əhəmiyyəti,
    Cavan saxlayar səni gözəllər kəmiyyəti.

    Gözəllər arasında xoşbəxtiyəm dünyanın,
    Salmayın qəribliyə sözlərini Nərmanın...
    Yazdı: Saxavat: 5 İyun 2013 06:17
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol şair qardaşım Nəriman Nərimanlı! Gözəl yazıbsan. KAK SKAZAL, YERİNƏ PAPAL.
    Yazdı: Neriman Nerimanli: 5 İyun 2013 15:59
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Saxavat,
    Səxavət müəllim, elə əlüstü qaraladım, mən dözə bilməzdim ki, bir qardaşım o biri qardaşımı incitsin))))
    Yazdı: Saxavat: 5 İyun 2013 16:06
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol əzizim Nəriman! Mən onsuz da onların hamısıni gündəlik incidirəm... Bu gün mən də əlüstü həmin məlum şeirini Xanəli müəllimə və məclis üzvlərinə təqdim etdim... Sağ ol ki, iki nol mənim xeyrimə hesablandı... Bilirsən dəəəəə nəyi deyirəm...

    Bir qoca keyvənim varımdi bəsdi...
    Mən də qocalmışam, həvəsdi, bəsdi.
    Deyir-məni sevir - SEVİRƏM-imlə,
    Xan ğağam bilməyir bir gülü nəhsdir.


    Qağa neyneyim, nağayrem, arvaddan qorxanları güclə öyləndirmək olmey...

    Yazdı: Polat Alemdar: 5 İyun 2013 16:11
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Saxavat
    Bu şeirim Xanəli müəllimin mənə yazdıği şeirə cavab şeiridir. Həmin şeirsə GÖZLƏMƏ SALONU-nda növbə gözləyir. Göndərdiyim şeirin biri gedib digəri yox...


    səxavət bəy gözəl şeirinizin özəl qiyməti var 5+ . Allahım Sizdən razı olsun!

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Saxavat: 5 İyun 2013 16:24
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Sağ ol Əziz şair qardaşım Polat bəy Ələmdar! Minnətdaram.
    Yazdı: Neriman Nerimanli: 5 İyun 2013 16:35
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Saxavat,
    Vallah, qağa, heç inanmağım gəlmey... onlar tərəfdə ya arvaddan qorxmurlar, ya da üyüdürlər))) Amma, Yardımlıya gedəndə, Xanəli qağam mütləq yolumu kəsəcək...
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Səninlə mənimki qalıb Allaha...(Vaqif Məmmədov)

    Müəllif: Polat Alemdar

    Səninlə mənimki qalıb Allaha...(Vaqif Məmmədov)

    Vüsalın yazağzı şirinliyində,
    Səhərin mehində, sərinliyində,
    Narahat qəlbimin dərinliyində,
    Bir dəli ümid var nurlu sabaha,
    Səninlə mənimki qalıb Allaha...

    Oxumaq
    O X U  --- Tahir HEYDƏRLİ

    Müəllif: Saxavat

    O X U --- Tahir HEYDƏRLİ

    Həsrət dolayında azmışam, gülüm,
    Hər dərdə əzaba dözmüşəm, gülüm,
    Adını qəlbimə yazmışam, gülüm,
    İstəsən vərəqlə, sinəmdən oxu!

    Oxumaq
    QAZ KİMİ FISILDAMA!

    Müəllif: Saxavat

    QAZ KİMİ FISILDAMA!

    Yaltaq kimi tanındın,
    Guya ki, sən qanandın?..
    Neçə dəfə qınandın,
    Təmiz mərən olmayıb...

    Oxumaq
    Dünya qədər dərdin qalıb...

    Müəllif: Rufat Tagiyev

    Dünya qədər dərdin qalıb...

    Ey dilbərim, gəl gör ki, bu hicrin məni haldan salıb,
    Zülmün məni ağlar qoyub, nazın məni məndən alıb...

    Oxumaq
    QURMUŞAM EŞQİMƏ DAR AĞACINI

    Müəllif: Neriman Nerimanli

    QURMUŞAM EŞQİMƏ DAR AĞACINI

    Qurmuşam eşqimə dar ağıcını,
    Asacam sevgimi qara telindən.
    Duymadın qəlbimin ehtiyacını,
    Gör nələr çəkirəm, nələr əlindən.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics