misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8511 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

BAX

Müəllif: Neriman Nerimanli | 1 İyun 2013 | Oxunub: 1970| Yadda saxlamaq:
Anam sənə qurban, çatmaqaş gözəl,
İnsaf elə, bir də dönüb bəri bax.
Həsrətindən yazıq canım üzüldü
Qoy unudum bir an dərdi, səri, bax.

Düşdüm neçə bəlalara gözümdən,
Boşalmadı qəlbim şer, sözümdən.
Odlanmışam, od almışam özümdən
Ürəyimdə bu yanğının yeri bax.

Səndən ayrı bu aləmdə gəzmərəm,
Ümidimi kərəmindən üzmərəm.
İnnən belə əzabından bezmərəm
İstəyirsən sinəm üstə yeri, bax.

Bulaq kimi qumdan gilə süzüldüm,
Kabab oldum, köz üstünə düzüldüm.
Həsrətindən gör nə yaman üzüldüm
Bir sümüyəm, bir də quru dəri, bax.

Zülflərini ya bənd elə, ya dara,
Sevəcəyəm, ya şişə çək, ya dara,
Yad içində az yad axtar, yad ara,
Qoy desinlər, xeyir yıxdı şəri, bax.

Deyilməmiş sözlərindən doymadım,
Açılmamış güllərinə qıymadım,
Həsrət qaldım, qoynuna baş qoymadım,
Belə getmə,bircə kərə geri bax.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 3)
Əsəri oxuyanlar (359)
  Oxşar misralar:

loading...

  Resenziyalar (15)  
Yazdı: ulvi amin: 1 İyun 2013 11:55
 
Yaşayır: ismayilli
Əsərlərin sayı: 253
Resenziyalar: 901
Status: Şair
 
gozel Neriman muellim.ela yazmisiniz.eliniz,qolunuz var olsun.
Yazdı: Vusal Huseyn: 1 İyun 2013 12:07
 
Yaşayır: Azərbaycan Baki şəh.
Əsərlərin sayı: 273
Resenziyalar: 2065
Status: Şair
 
Mənim də çox xoşuma gəldi... smile

--------------------
Hər acının,hər ağrının,
hər bir zülmün bir ahı var.
Hər bir qaranlıq gecənin,
tələsən bir sabahı var.

Vüsal Hüseyn
Yazdı: Neriman Nerimanli: 1 İyun 2013 12:36
 
Yaşayır: Sumqayıt
Əsərlərin sayı: 266
Resenziyalar: 1981
Status: Şair
 
ulvi amin,
Təşəkkür edirəm, Allah razı olsun, var olasınız!

Vusal Huseyn,
Allah köməyiniz olsun, Vüsal müəllim, minnətdaram!
Yazdı: Dunyamin: 1 İyun 2013 13:52
 
Yaşayır: Ağdaş şəhəri
Əsərlərin sayı: 3259
Resenziyalar: 41575
Status: Moderator (İlin şairi)
 
Sitat: Neriman Nerimanli

Zülflərini ya bənd elə, ya dara,
Sevəcəyəm, ya şişə çək, ya dara,
Yad içində az yad axtar, yad ara,
Qoy desinlər, xeyir yıxdı şəri, bax.

Deyilməmiş sözlərindən doymadım,
Açılmamış güllərinə qıymadım,
Həsrət qaldım, qoynuna baş qoymadım,
Belə getmə,bircə kərə geri bax.

Gözəldir,əzizim NƏRİMAN....Mükəmməldir,bəlkə də,Vaqifin eyni rədifli qoşmasının ləzzətini yaşatdın mənə...Çox sağ ol,şair qardaşım!...

Yazdı: Neriman Nerimanli: 1 İyun 2013 13:55
 
Yaşayır: Sumqayıt
Əsərlərin sayı: 266
Resenziyalar: 1981
Status: Şair
 
Dunyamin,
Gözəl günləriniz olsun, qardaşım, çox sağ olun!
Yazdı: Eldar Ezimli: 1 İyun 2013 15:15
 
Yaşayır: Sheki
Əsərlərin sayı: 75
Resenziyalar: 581
Status: Şair
 
Təbriklər, Nəriman bəy! Uğurunun davamını diləyirəm!
Yazdı: Polat Alemdar: 1 İyun 2013 16:15
 
Yaşayır: region 85
Əsərlərin sayı: 1868
Resenziyalar: 23024
Status: Şair
 
Sitat: Dunyamin

Zülflərini ya bənd elə, ya dara,
Sevəcəyəm, ya şişə çək, ya dara,
Yad içində az yad axtar, yad ara,
Qoy desinlər, xeyir yıxdı şəri, bax.

Deyilməmiş sözlərindən doymadım,
Açılmamış güllərinə qıymadım,
Həsrət qaldım, qoynuna baş qoymadım,
Belə getmə,bircə kərə geri bax.

Gözəldir,əzizim NƏRİMAN....Mükəmməldir,bəlkə də,Vaqifin eyni rədifli qoşmasının ləzzətini yaşatdın mənə...Çox sağ ol,şair qardaşım!...


Assalamun aleykum, mənim əziz dostum Nəriman müəllim,Dünyamim müəllimlə həmrəyəm.Bu şeirinizə məndən ƏLA.Əllərinizə sağlıq.Paylaşdığınız üçün sağ olun!

--------------------
- Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
Yazdı: Shemsi: 3 İyun 2013 10:48
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 108
Resenziyalar: 997
Status: Şair-Redaktor
 
Gözəl təcnisdir. Cinaslara söz ola bilməz. Xüsusən sonuncudan əvvəlki bənddəki cinaslar çox gözəldir.

--------------------
Məni məndən soruşanlar bilirmi,
Həm uşağam, həm cavanam, həm qoca.
Baş yaşıma, yaş başıma tən deyil,
Həm dərvişəm, həm bəzirgan, həm xoca!
Yazdı: Neriman Nerimanli: 3 İyun 2013 11:38
 
Yaşayır: Sumqayıt
Əsərlərin sayı: 266
Resenziyalar: 1981
Status: Şair
 
Eldar Ezimli,
Təşəkkür edirəm, Eldar müəllim, çox sağ olun!

Polat Alemdar,
Çox sağ olun, Polad qardaş, təşəkkür edirəm, var olun!

Shemsi,
Gözəl günləriniz olsun, Şəmsi müəllim, çox təşəkkür edirəm, sağ olun!
Yazdı: Sanan Celilli: 11 İyun 2013 13:30
 
Yaşayır: Bakı
Əsərlərin sayı: 33
Resenziyalar: 51
Status: Şair
 
Zülflərini ya bənd elə, ya dara,
Sevəcəyəm, ya şişə çək, ya dara,
Yad içində az yad axtar, yad ara,
Qoy desinlər, xeyir yıxdı şəri, bax.
Gözəl cinaslardır. Əməlli-başlı təcnisdir. Şer növlərindən ən çətini...

--------------------
Bu dünya əzazil, mənsə səbrli
Səbrimlə əzabı əzə biləydim...
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
......................................................
         Redaktorun seçimi
 
AY MƏLƏK, AY MƏLƏK

Müəllif: Neriman Nerimanli

AY MƏLƏK, AY MƏLƏK

Bir qırıq ümidə bəndəm,
Naümid olmasın bəndə.
Gör neçəsini kəməndə
Saldın, ay Mələk, ay Mələk!

Oxumaq
AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

Müəllif: ulvi amin

AYIRA BİLMİRƏM GÖZÜMÜ SƏNDƏN

Ömrüm bir insansız küçə olacaq,
Həyatım qaranlıq gecə olacaq,
Bu işin axırı neçə olacaq?
Ayıra bilmirəm gözümü səndən.

Oxumaq
SUSMAĞIM DE, XEYİRMİDİ?

Müəllif: Saxavat

SUSMAĞIM DE, XEYİRMİDİ?

Naxçivanda duz əkdilər,
Füzulidə qoz əkdılər,
Lənkəranda söz əkdilər,
Heç birisi göyərmədi.

Oxumaq

Müəllif: bayrami

"Göy qurşağı" təqdim edir: Balamirzə Cəfərli " Gəl özün daşı"

Ümidim ağacın yarpağı kimi
Qopdu ürəyimdən, üzülüb getdi.
Arxamca sürünüb həsrət kölgəsi,
Özgə qapısında məni qul etdi.

Oxumaq
SON ZƏNG....(Yetişdi son gün də...)

Müəllif: Dunyamin

SON ZƏNG....(Yetişdi son gün də...)

Ömrün ən şirini-nağıllı dünya,
qayğısız anların doğma məkanı...
Ürəyə dad verən noğullu dünya,
bu xoşbəxt günlərdən əziz gün hanı!...

Oxumaq
           Ən fəal şərhçilər
 
Dunyamin
Resenziyaların sayı: 41575
Əsərlərin sayı: 3259
Polat Alemdar
Resenziyaların sayı: 23024
Əsərlərin sayı: 1868
adal
Resenziyaların sayı: 18902
Əsərlərin sayı: 1548
Ayka_Lambert
Resenziyaların sayı: 17914
Əsərlərin sayı: 1530
akif musayev
Resenziyaların sayı: 15978
Əsərlərin sayı: 1492
sahin.yusifov
Resenziyaların sayı: 12577
Əsərlərin sayı: 1072
Movlud Aqammed
Resenziyaların sayı: 9915
Əsərlərin sayı: 506
asef
Resenziyaların sayı: 5492
Əsərlərin sayı: 72
shefi
Resenziyaların sayı: 5124
Əsərlərin sayı: 253
niyazi
Resenziyaların sayı: 4816
Əsərlərin sayı: 245

           Sosial şəbəkə
 
            Sonuncu müsabiqə
 
         Ölkələr üzrə statistika
  free counters
         Şeirlər tarixlə
 
«    Sentyabr 2017    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Copyright © 2010 Misra.Az
Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
Bizimlə əlaqə: admin@misra.az

Hosting provided by AdelinaHost.com, AZ Lyrics