misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

Mənə Məcnun deməyin,aşiqi-peymanə deyin...

Müəllif: Movlud Aqammed | 27 May 2016 | Oxunub: 927| Yadda saxlamaq:
Mənə Məcnun deməyin,aşiqi-peymanə deyin,
Ona qurbandı canım,odlara pərvanə deyin.
***
Necə dümdüz yazılıb Növheyi-Məhfuzda yazım,
Düşəcəkdir adımız dillərə dastanə deyin.
***
Nə təbibdən soruşub dərdimi dərman diləyin,
Olacaq dərdə əlac məclisi-meyxanə,deyin.
***
Elə göyçək yaraşır şanə siyah tellərinə,
Çəkəsən sübhə qədər zülfü-zərəfşanə,deyin.
***
Heyifin gəlmədi,etdin məni məftun,gözəlim,
Salacaqdır bu gözəllik məni zindanə,deyin.
***
Bu qədər qüssə-kədər,naleyi-zar eyləməyim,
Gətirər bülbülü-biçarəni əfğanə,deyin.
***
Qəmə Mövlud o qədər aludə olmuş,deyəsən,
Quracaqdır özü bir külbeyi-ehzanə,deyin.

27.05.2016.Zərdabi.Mövlud Ağamməd.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 13)
Əsəri oxuyanlar (393)
  Oxşar misralar:
  • DEYİN ONA
  • Deyin
  • Deyin mənə.
  • "Dərdli Həyatım"
  • Təki mənə TÜRK deməyin!!!


  •   Resenziyalar (14)  
    Yazdı: Movlud Aqammed: 27 May 2016 20:54
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     

    Heyifin gəlmədi,etdin məni məftun,gözəlim,
    Salacaqdır bu gözəllik məni zindanə,deyin.

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: Polat Alemdar: 27 May 2016 22:18
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Sitat: Movlud Aqammed
    Heyifin gəlmədi,etdin məni məftun,gözəlim,
    Salacaqdır bu gözəllik məni zindanə,deyin.

    ƏLLƏRİNİZƏ SAĞLIQ...MÜKƏMMƏLDİR...UĞURLAR DİLƏYİ İLƏ....

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: akif musayev: 27 May 2016 22:56
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1492
    Resenziyalar: 15978
    Status: Şair
     
    Sitat: Movlud Aqammed
    Heyifin gəlmədi,etdin məni məftun,gözəlim,
    Salacaqdır bu gözəllik məni zindanə,deyin.

    ÇOX GÖZƏL BİR QƏZƏL...VAR OLUN,USTAD...
    Yazdı: Ayka_Lambert: 27 May 2016 22:58
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1530
    Resenziyalar: 17914
    Status: Şair
     
    Sitat: Movlud Aqammed
    Nə təbibdən soruşub dərdimi dərman diləyin,
    Olacaq dərdə əlac məclisi-meyxanə,deyin.

    ÇOX BƏYƏNDİM...OLDUQCA GÖZƏL BİR QƏZƏL YAZIBSINIZ,MÖVLUD MÜƏLLİM...SAĞ OLUN,VAR OLUN...
    Yazdı: sahin.yusifov: 28 May 2016 01:25
     
    Yaşayır: ZaQaTaLa
    Əsərlərin sayı: 1072
    Resenziyalar: 12577
    Status: Şair
     
    Mənə Məcnun deməyin,aşiqi-peymanə deyin,
    Ona qurbandı canım,odlara pərvanə deyin.
    ***
    Necə dümdüz yazılıb Növheyi-Məhfuzda yazım,
    Düşəcəkdir adımız dillərə dastanə deyin.
    ÇOX GÖZƏL YAZMISIZ MÖVLÜD MÜƏLLİM
    Yazdı: Movlud Aqammed: 28 May 2016 05:27
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    Polat Alemdar,
    akif musayev,
    Ayka_Lambert,
    sahin.yusifov,
    Çox sağ olun,dəyər verdiyiniz üçün təşəkkür edirəm hər birinizə

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: F_Agayeva: 28 May 2016 07:04
     
    Yaşayır: --
    Əsərlərin sayı: 75
    Resenziyalar: 847
    Status: Şair-Redaktor
     
    Mövlud müәllim,hәmişәki kimi möhtәşәm qәzәl
    Bu qәzәllәri oxuyanda sanki,әvvәlki әsirlәrә düşür insan..
    Yazdı: Movlud Aqammed: 28 May 2016 08:29
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    F_Agayeva,
    Təşəkkür edirəm,Fəridə xanım.Sizə də yaradıcılıq uğurları arzu edirəm.

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Yazdı: adal: 28 May 2016 09:28
     
    Yaşayır: --
    Əsərlərin sayı: 1548
    Resenziyalar: 18902
    Status: Şair
     
    Sitat: F_Agayeva
    Mövlud müәllim,hәmişәki kimi möhtәşәm qәzәl
    Bu qәzәllәri oxuyanda sanki,әvvәlki әsirlәrә düşür insan..

    HƏQİQƏTƏN,ELƏDİR...ÇOX BƏYƏNDİM,MÖVLUD MÜƏLLİM...
    VAR OLUN...
    Yazdı: Movlud Aqammed: 28 May 2016 09:40
     
    Yaşayır: Quba.Zərdabi
    Əsərlərin sayı: 506
    Resenziyalar: 9915
    Status: Şair
     
    adal,
    Çox sağ olun,Adal bəy.Təşəkkür edirəm

    --------------------
    Mən qəmli olanda şeir yazıram,
    Çoxdu şeirlərim,demək,qəmim çox...
    *****

    *****
    "Sağlığında qiymət verin insanlara..."
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    Şair

    Müəllif: sefer

    Şair

    Dəniz kənarında bir gözəl durub
    Dəniz də lal olub, dalğalar susub
    Quşlar dövrəsində mənə göz vurub
    Sanki dillənirlər... sev onu, şair

    Oxumaq
    ATA

    Müəllif: naz-naz

    ATA

    Yenə gözüm getdi dərin yuxuya,
    Məni qoruyan əllər qırışmaqdadır.
    İnanmıram daha..məni qoruya,
    Gözümdəki qəhrəman qocalmaqdadır!

    Oxumaq
    Ayıbdı.

    Müəllif: bayrami

    Ayıbdı.

    Haqsızlara diz çökməyin,
    ayıbdı, dizdən ayıbdı !
    Ocaqlara su tökməyin,
    ayıbdı, közdən ayıbdı !

    Oxumaq
    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Müəllif: Dunyamin

    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Heç kim bilməyəcək mənə nə oldu,
    kimsə duymayacaq nə idi dərdim!...
    Təkcə sən bilirsən,təbəssümünü
    əlacsız dərdimə dərman edərdim!...

    Oxumaq
    YANASAN-YANA

    Müəllif: Neriman Nerimanli

    YANASAN-YANA

    Qəm mənə, səadət yadlara düşüb,
    Dözmərəm desinlər yad dara düşüb.
    Sən də mənim kimi odlara düşüb
    Gecəli-gündüzlü yanasan-yana.

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Fevral 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics