misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 8512 müəllif qeydiyyatdan keçib
və 27996 əsər dərc olunub.

Dərc olunan əsərlərə 227440 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat

                    Bu ayın ən fəal şairləri

            Məşhur əsərlər

Diqqət! Siyahıya son 3 gün ərzində dərc olunan əsərlər daxil ola bilər (əsərlər avtomatik olaraq siyahıya əlavə olunur). "Məşhur əsərlər" siyahısına əsərlər ilk növbədə əsərin reytinqinə, sonra oxunmaların və resenziyaların sayına görə daxil olur. Əsəri qaldırmaq xidmətindən istifadə olunduqda şeir əlavə 3 gün siyahıda yer tuta bilər.

                        Son resenziyalar
Yazan: maharramzada
Mövzu: BUQƏLƏMUN
Yazan: maharramzada
Mövzu: SƏNSİZ

Sənət dostlarım   Balların istifadəsi   Son xəbərimiz
 
 

GÖRƏ

Müəllif: Neriman Nerimanli | 29 May 2013 | Oxunub: 2790| Yadda saxlamaq:
Yaltaq ömür boyu şux gəzə bilməz.
Arını sevərlər balına görə.
Xaltasın qızıl et, itə fərqi yox,
İt quyruq bulayar yalına görə.

Gözəllik insanın daxilindədir,
Gözündən bilərsən qabında nədir.
Boy-buxun, qaş-gözü bir bəhanədir
Hər kəs gözəl olmaz xalına görə.

Yayda yorulanlar tərləyər qışı,
Dalana dirənər yolunda naşı.
Atın dişlərindən bilinər yaşı,
Qiyməti verilməz nalına görə.

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
 (səs sayı: 8)
Əsəri oxuyanlar (495)
  Oxşar misralar:
  • Görə-görə.
  • DARIXSAM SƏNƏ GÖRƏ...
  • ÖLÜMLƏRİ GÖRƏ-GÖRƏ...
  • GÖRƏ BİLMƏSƏM SƏNİ...
  • SƏNƏ GÖRƏ


  •   Resenziyalar (18)  
    Yazdı: mirsaleh efqan: 29 May 2013 14:26
     
    Yaşayır: bakı şəh.
    Əsərlərin sayı: 101
    Resenziyalar: 1465
    Status: Şair
     
    Assalamu aleykum!
    Nəriman qardaş, əhsən.Çox gözəl şeir yazmısan.Əla, qardaş, əllərinə sağlıq.

    --------------------
    Miri
    Yazdı: Neriman Nerimanli: 29 May 2013 14:36
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    mirsaleh efqan,
    Təşəkkür edirəm, Mirsaleh müəllim, çox sağ olun, Allah Sizi qorusun!
    Yazdı: Polat Alemdar: 29 May 2013 15:13
     
    Yaşayır: region 85
    Əsərlərin sayı: 1868
    Resenziyalar: 23024
    Status: Şair
     
    Asalamun aleykum Əzizim Nəriman müəllim.Şeirinizi oxudum və bəyəndim,ƏHSƏN məndən ƏLA. Əllərinizə sağlıq.Paylaşdığınız üçün təşəkkürlər.

    --------------------
    - Həqiqi dostlar ulduzlar kimidir: qaranlıq çökdükdə həyatımızda öncə onlar parlayar və bizim üçün işıq olarlar,vəfasız dostlar isə kölgəyə bənzərlər: günəşli havada səni izləyər,buludlu havada isə gözdən itərlər......
    Yazdı: Neriman Nerimanli: 29 May 2013 15:42
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Polat Alemdar,
    Salaməleyküm, Polad qardaşım, çox sağ olun, minnətdaram!
    Yazdı: Dunyamin: 29 May 2013 16:39
     
    Yaşayır: Ağdaş şəhəri
    Əsərlərin sayı: 3259
    Resenziyalar: 41575
    Status: Moderator (İlin şairi)
     
    Sitat: Neriman Nerimanli

    Yaltaq ömür boyu şux gəzə bilməz.Arını sevərlər balına görə.Xaltasın qızıl et, itə fərqi yox,İt quyruq bulayar yalına görə.

    Gözəllik insanın daxilindədir,Gözündən bilərsən qabında nədir.Boy-buxun, qaş-gözü bir bəhanədirHər kəs gözəl olmaz xalına görə.

    QARDAŞIM,HƏM GÖZƏL,HƏM DƏ İBRƏTAMİZ BİR ŞEİRDİR!...MƏNİM ÇOX XOŞUMA GƏLDİ...

    Yazdı: Eldar Ezimli: 29 May 2013 20:21
     
    Yaşayır: Sheki
    Əsərlərin sayı: 75
    Resenziyalar: 581
    Status: Şair
     
    BU CÜR GÖZƏL ŞERLƏRİ OXUMAQ İNSANDA GÖZƏL OVQAT YARADIR. O BAXIMDAN Kİ, YAZILIŞ KEYFİYYƏTİ OLDUQCA ÜSTÜNDÜR. NƏRİMAN BƏY ÜNVANINA DEYİLƏCƏK ƏN GÖZƏL SÖZLƏRƏ, DƏYƏRLƏNDİRİLMƏLƏRƏ LAYİQ ŞER QƏLƏMƏ ALMIŞDIR. TƏBRİK EDİRƏM ! ! ...
    Yazdı: Saxavat: 29 May 2013 21:51
     
    Yaşayır: --
    Əsərlərin sayı: 896
    Resenziyalar: 3083
    Status: Şair
     
    Vallah, özündən nə qədər cavanla durub, otursan özün də cavan qalarsan, ona görə...

    Şeirinsə Əliyyül-əla. Superdi. Təbriklər Sənin halalındır, Nəriman bəy! ƏHSƏN!
    Yazdı: Shemsi: 29 May 2013 23:56
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 108
    Resenziyalar: 997
    Status: Şair-Redaktor
     
    Çox yüksək səviyyəli qoşma olduğuna görə redaktor kimi bu əsrin qiymətini verdim.

    --------------------
    Məni məndən soruşanlar bilirmi,
    Həm uşağam, həm cavanam, həm qoca.
    Baş yaşıma, yaş başıma tən deyil,
    Həm dərvişəm, həm bəzirgan, həm xoca!
    Yazdı: maharramzada: 30 May 2013 09:59
     
    Yaşayır: Bakı
    Əsərlərin sayı: 172
    Resenziyalar: 2114
    Status: Şair
     
    Bu şerin də əla alınıb, qardaşım. Sadəcə 3-cü bənddə " Yaş ötüb, başında ağaranda saç" yazardım. UĞURLAR.
    Yazdı: Neriman Nerimanli: 30 May 2013 11:28
     
    Yaşayır: Sumqayıt
    Əsərlərin sayı: 266
    Resenziyalar: 1981
    Status: Şair
     
    Dunyamin,
    Salam, Dünyamin müəllim, çox sağ olun, minnətdaram rəyiniz üçün, Allah canınızı sağ eləsin!

    Eldar Ezimli,
    Minnətdaram, Eldar müəllim, Sizdən bu sözləri eşitmək mənim üçün çox qiymətlidir, Allah razı olsun!

    Saxavat,
    Salam, Səxavət müəllim, rəyinizin birinci hissəsi ilə tamamilə razıyam)))) ikinci hissəsinə görə səmimi minnətdarlığımı bildirirəm!

    Shemsi,
    Salam, Şəmsi müəllim, Allah Sizdən razı olsun, çox minnətdaram!
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər. Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz Login adınızla sayta daxil olun!
    ......................................................
             Redaktorun seçimi
     
    NƏ VAR DÜNYADA...(Bu dünyada bəs bizə nə qalacaq...)

    Müəllif: Dunyamin

    NƏ VAR DÜNYADA...(Bu dünyada bəs bizə nə qalacaq...)

    Kövrələrik-yada salıb hər günü,
    yolu bağlar bu illərin çiskini...
    Nə şirinmiş bu illərin pis günü,
    axtararsan vüsallarda hər zaman!...

    Oxumaq
    Ayıbdı.

    Müəllif: bayrami

    Ayıbdı.

    Haqsızlara diz çökməyin,
    ayıbdı, dizdən ayıbdı !
    Ocaqlara su tökməyin,
    ayıbdı, közdən ayıbdı !

    Oxumaq
    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Müəllif: Dunyamin

    DÖZMÜR ÜRƏK AYRILIĞA...

    Heç kim bilməyəcək mənə nə oldu,
    kimsə duymayacaq nə idi dərdim!...
    Təkcə sən bilirsən,təbəssümünü
    əlacsız dərdimə dərman edərdim!...

    Oxumaq
    Söndürmə məni

    Müəllif: sefer

    Söndürmə məni

    Hələ bu dünyadan küsən deyiləm
    Əlimi gümandan üzən deyiləm
    Mən bir həqiqətəm, yalan deyiləm
    Gerçəkdən, xəyala göndərmə məni

    Oxumaq
    ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

    Müəllif: Dunyamin

    ÖLÜM...(Bir gün ürəyimə doldu ağrılar...)

    Bu an gözlərimə güldü xəyalın,
    Uzağa qaçırdın ölümü, gülüm!
    Dincəldi ürəyim, dəyişdi halım,
    Qayıdıb yanına gəlimmi, gülüm!?...

    Oxumaq
               Ən fəal şərhçilər
     
    Dunyamin
    Resenziyaların sayı: 41575
    Əsərlərin sayı: 3259
    Polat Alemdar
    Resenziyaların sayı: 23024
    Əsərlərin sayı: 1868
    adal
    Resenziyaların sayı: 18902
    Əsərlərin sayı: 1548
    Ayka_Lambert
    Resenziyaların sayı: 17914
    Əsərlərin sayı: 1530
    akif musayev
    Resenziyaların sayı: 15978
    Əsərlərin sayı: 1492
    sahin.yusifov
    Resenziyaların sayı: 12577
    Əsərlərin sayı: 1072
    Movlud Aqammed
    Resenziyaların sayı: 9915
    Əsərlərin sayı: 506
    asef
    Resenziyaların sayı: 5492
    Əsərlərin sayı: 72
    shefi
    Resenziyaların sayı: 5124
    Əsərlərin sayı: 253
    niyazi
    Resenziyaların sayı: 4816
    Əsərlərin sayı: 245

               Sosial şəbəkə
     
                Sonuncu müsabiqə
     
             Ölkələr üzrə statistika
      free counters
             Şeirlər tarixlə
     
    «    Aprel 2018    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
     

    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: admin@misra.az

    Hosting provided by AdelinaHost.com, AZ Lyrics