misra.az
Qeydiyyat
Parol yaddan çıxıb?

Saytda artıq 374 müəllif qeydiyyatdan keçib
və 1388 əsər dərc olunub.

Dərc olunan əsərlərə 4087 resenziya yazılıb.
Sizi də qeydiyyatdan keçib əsərlərinizi dərc etməyə
dəvət edirik!

Soft portal
 
             Mündəricat
            Məşhur əsərlər
Коль суждено ......
Коль суждено вам быть вдвоём
Об одиночестве ни слова

Həsrətindəyəm
Buludlar səmada toplanıb yenə,
Elə bil birazdan ağlayacaqlar.
Sənin üçün axan göz ya ...

Влюблённый телохранитель
Давно забыты страх и боль
Они значенья не играют
До ...

Мечта
Не верь моим стихам ,не верь
Не слушай слов звучащих ст ...

Nalələrdən (Qəzəl)
Qaşı füsunkardır hilaldan,üzü lalələrdən,
Gəl ki,usanmır mənə çəkdirdiyi nalələrd ...

QAYIT
Ürəyi dünyadan ay böyük şair,
Qayıt şeirinə, sözünə qayıt.
Subaylıq havasın ç ...

“Sən bizə örnəksən indi, Mübariz!
Minlərlə çırpınan ürək danışdı,
“Sən bizə örnəksən indi, Mübariz!
Səbr kas ...

Tez əhdini pozur dünya
,, Vəfasız dünyadır,,-deyənlər haqqlıdırlar...
Milyonlara qələm çalıb.
Neçə tale ...

Rüşvətə pis baxanlar
Çox olsa da ölkədə rüşvətə pis baxanlar,
Özü də hörmət eyləyir hörmətə pis baxanla ...

QORX Kİ
Nəyim vardı, bağışladım,
Sənin mavi gözlərinə! ...

                        Son resenziyalar
SAIDA   Təqdimat   Ayisha
 
 

Bu oğulu doğan ana xoşbəxtdir

Müəllif: Ilham Idrisoglu | 26 İyul 2010 | Oxunub: 364| Yadda saxlamaq:
Gülləsindən düşmən yandı,qovruldu,
Pis niyyəti öz başına sovruldu,
Gizləndiyi yuvayacan qovuldu,
Nə çəkindi,nə dayandı-yoruldu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Qanmazlarin haqqlı verdi dərsini,
Xatirlatdı Koroğlunun irsini,
Silkələdi,tutduqları kürsünü,
Bircə anda ağızları ovuldu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Gecə ova çıxanları ovladı,
Yol kəsənin yollarını bağladı,
Qaçdı yağı,sərçə kimi dağıldı,
Geniş dünya başlarına dar oldu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Vətən hissi alov saldı könlünə,
Neçə şirin kəlmə gəldi dilinə,
Geri baxdı-obasına,elinə,
Öz adını ləyaqətlə qorudu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Gözü güldü qatilləri əyəndə,
Daşdan-daşa özlərini döyəndə.
Qəfil güllə sinəsinə dəyəndə,
Vətəninin qayasına sarıldı,
Bu oğulu doğan ana xoşbəxtdir!

İlham İdrisoğlu Brest 20.07.2010

   Çap etmək
  
Əziz qonaq, lütfən qeydiyyatdan keçin.
  • 34
 (səs sayı: 3)
      « Əvvəlki əsər: бедствие 
      » Növbəti əsər: Жизнь театр 
  Oxşar misralar:
  • İcazə versəydin...
  • Bizim görüşümüz
  • Milyonlar rişxəndlə deyib,güləcək
  • Yolun düşsə ,soruş dostun halını
  • Ürəyimi aldı,neylim?
  •   Resenziyalar (6)  
    Yazdı: bayrami: 28 İyul 2010 08:16
     
    Yaşayır: --
    Əsərlərin sayı: 119
    Resenziyalar: 372
    Ballar: 1934
    Status: Şair
     
    Belasuvarlı Mübarizin igidliyi dastanlara sığan bir qəhrəmanlıqdır. Qələm əhli ğz sözünü deməlidir. İlham İdrisoğlu əsil vətənsevər şair kimi ilk sözünü dedi, buyursun Misra.az.da qeydiyyatdan keçən, özünə Vətən şairi, xalq şairi deyənlər !
    Yazdı: Ilham Idrisoglu: 28 İyul 2010 08:30
     
    Yaşayır: Brest,Belarusiya
    Əsərlərin sayı: 85
    Resenziyalar: 565
    Ballar: 2074
    Status: Şair
     
    bayrami,
    Salam.Təşəkkür edirəm.Allah Mübarizə rəhmət eləsin.Bir anda düşmənə müharibə başlasa, hansı ordu ilə,hansı oğullarla üz-üzə gələcəklərini çatdırdı.Mən istərdim ki,bu şeiri onun anasına çatdırsınlar.Belə çətin dəqiqələrdə elə bilirəm doğurdan da şərəfli ana olduğunu hiss edər və oğul itkisinin ağtıları bir az yüngülləşər.
    Yazdı: sekineilyasqizi: 6 Avqust 2010 00:55
     
    Yaşayır: bakı
    Əsərlərin sayı: 10
    Resenziyalar: 37
    Ballar: 174
    Status: Şair
     
    İlham bəy,xarici məmləkətdə yaşayıb da Vətənimizin ağrı-acılarına biganə qalmadıgınıza görə Sizə halal olsun!Səmimi şerinizə görə də Vətənimizin,igid Mübarizin
    ruhunun alqışları üstünüzdə olsun həmişə.Elələri var,mənfəət güddüyü tərifsizləri tərif-
    ləyir.Şer,qələm də düz yolda olmalı,oxuculara halallıq aşılamalıdı.Amma bu şerdə
    nöqsanlarınız var:"başına sovruldu","haqqlı verdi dərsini"kimi ifadələr başqa cür olmalıydı.Şeri yaxşı sonunclamısız:Vətənin qayasına sarıldı...Məhz bunu elədi,xain,
    qorxaq ermənilərtək cəlladın ayaglarına sarılmadı.
    Yazdı: Ilham Idrisoglu: 6 Avqust 2010 05:50
     
    Yaşayır: Brest,Belarusiya
    Əsərlərin sayı: 85
    Resenziyalar: 565
    Ballar: 2074
    Status: Şair
     
    sekineilyasqizi,
    Təşəkkür tdirəm.Əlbət ki,nöqsanlar var.Əsas məqsəd fikri çatdırmaq olub.Sizə də uöurlar
    Yazdı: tornado1962: Dünən, 09:15
     
    Yaşayır: --
    Əsərlərin sayı: 128
    Resenziyalar: 225
    Ballar: 1730
    Status: Şair
     
    Sağ ol, Tanrı bizim xalqdan qoy tezlikə çox belə igidlər yetisin ki, heç kimin "köməyi" olmadan özümüz yağı duşmənin dərsini verək, amin!

    --------------------
    Əgər Azərbaycan cənnətdirsə, Qarabağ cənnətin krallığıdır!
    Yazdı: Ilham Idrisoglu: Dünən, 10:52
     
    Yaşayır: Brest,Belarusiya
    Əsərlərin sayı: 85
    Resenziyalar: 565
    Ballar: 2074
    Status: Şair
     
    tornado1962,
    Salam.Allah bütün şəhidlərimizə rəhmət eləsin.Vətənimiz də bir gün rahat və yüngül nəfəs alsın.Hamımızın arzusudur bu .Sağ ol
    Məlumat
    "Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
               Ən fəal şərhçilər
     
    Ilham Idrisoglu
    Resenziyaların sayı: 565
    Əsərlərin sayı: 85
    QezelXan
    Resenziyaların sayı: 439
    Əsərlərin sayı: 81
    bayrami
    Resenziyaların sayı: 372
    Əsərlərin sayı: 119
    Samir Qara
    Resenziyaların sayı: 366
    Əsərlərin sayı: 27
    Sergey_Kurmishov
    Resenziyaların sayı: 296
    Əsərlərin sayı: 78
    tornado1962
    Resenziyaların sayı: 225
    Əsərlərin sayı: 128
    Rauf Bilecerili
    Resenziyaların sayı: 194
    Əsərlərin sayı: 59
    yanar
    Resenziyaların sayı: 183
    Əsərlərin sayı: 5
    Ayisha
    Resenziyaların sayı: 176
    Əsərlərin sayı: 32
    GEBER
    Resenziyaların sayı: 162
    Əsərlərin sayı: 21

    Səsvermə başa çatdı!

    Nəticələr:
    SAIDA-27 səs (44.26%);
    Sergey_Kurmishov-26 səs (42.62%);
    QezelXan-8 səs (13.11%).

    Ətraflı...
               Reklam
     
             Ölkələr üzrə statistika
      free counters
             Son Qeydiyyatlar
     
  • SraRobin
    rahman777
    redserrte
    chekistValera
    VityAka
    fapovandrei
    lozhckinevgeny
    Sevdiyimeyaziram
    andreycowal
    peresakjeka
  •          Şeirlər tarixlə
     
    «    İyul 2010    »
     
    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    15
    16
    17
    18
    19
    20
    21
    22
    23
    24
    25
    26
    27
    28
    29
    30
    31
     


    Ballar
    Copyright © 2010 Misra.Az
    Saytdakı materialların istifadəsi zamanı müəllifin və saytın adını göstərmək mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Redaksiya saytdakı materialların mətninə görə məsuliyyət daşımır.
    Bizimlə əlaqə: info@misra.az